DİM-də növbəti SAT imtahanı keçiriləcək

DİM-də növbəti SAT imtahanı keçiriləcək Bakı. 4 oktyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 6-da növbəti SAT imtahanı keçiriləcək.
Elm və təhsil
4 Oktyabr , 2018 09:52
DİM-də növbəti SAT imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi / Report
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 6-da növbəti SAT imtahanı keçiriləcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.

Son xəbərlər

Orphus sistemi