DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək Bakı. 1 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
Elm və təhsil
1 Aprel , 2018 08:00
DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən "Report"a verilən məlumata görə, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11-00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 15‑dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən 460-ı cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş namizədlər imtahanda iştirak etmək üçün martın 27-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. 

Son xəbərlər

Orphus sistemi