Bakı. 2 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) martın 1-də Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələri məlum olub. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar. Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 18 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 189 namizəddən 62 nəfəri müsabiqə şərtini ödəyərək II mərhələyə buraxılıb. Ən yüksək nəticə 89 bal olub.
Xatırladaq ki, Bakı Qızlar Universitetinin binasında keçirilən imtahanın nəticələri elə həmin gün- martın 1-də Komissiyanın internet saytında yerləşdirilib.