Daha 44 müəllim müddətsiz işləmək imkanı qazandı

Daha 44 müəllim müddətsiz işləmək imkanı qazandı Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün keçirilənonlayn müsahibənin nəticələri məlum olub.
Elm və təhsil
14 İyul , 2020 16:18
Daha 44 müəllim müddətsiz işləmək imkanı qazandı

Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün keçirilən onlayn müsahibənin nəticələri məlum olub.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 44 nəfər uğur qazanıb.

Bu barədə məlumat həmin namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.

Qeyd edək ki, sözügedən mərhələdə uğur qazanmamış namizədlərin apellyasiyaya müraciət etmək hüququ var. Bununla bağlı əlavə məlumat onların şəxsi səhifələrinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi