Bakı. 9 iyun. REPORT.AZ/
TQDK-dan "Report"a bildirilib ki, həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər) ümumi qaydada imtahan veriblər. Həmin şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən "4" və "5" qiyməti alıblar.