Bu il orta məktəbləri bitirən şagirdlərin sayı açıqlanıb

Bu il orta məktəbləri bitirən şagirdlərin sayı açıqlanıb IX siniflərdən 111 839, XI siniflərdən isə 90 557 nəfər məzun olub
Elm və təhsil
28 May , 2015 10:06
Bu il orta məktəbləri bitirən şagirdlərin sayı açıqlanıb

Bakı. 28 may. REPORT.AZ/ Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrindən məzun olan şagirdlərin sayını açıqlayıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq  nazirlikdən məlumat verilib.

Məlumata görə, bu il IX sinifləri 111 839, XI sinifləri 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.

Tədris həftəsi beş günlük olan məktəblərdə “Son zəng” mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunacaq. Tədbirlər ümumtəhsil məktəblərində keçiriləcək.

Xatırladaq ki, 2013-2014-cü tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub. 

Son xəbərlər

Orphus sistemi