Bu gün ​ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

Bu gün ​ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır 640 abituriyent ixtisasları qeyd etməsinə baxmayaraq ərizəsini təsdiqləməyib
Elm və təhsil
10 Avqust , 2016 12:05
Bu gün ​ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

Bakı. 10 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Report"a bildirilib ki, avqustun 10-u saat 11:30-a olan məlumata görə, 37 700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq ərizəsini təsdiqləməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.  

Son xəbərlər

Orphus sistemi