​BSU-nun yeni rektoru: “Universitetdə kadr islahatları aparılacaq”

​BSU-nun yeni rektoru: “Universitetdə kadr islahatları aparılacaq” Nurlana Əliyeva: "Bəzi dəyişiklikləri həyata keçirmək labüd olur”
Elm və təhsil
14 İyul , 2016 11:36
​BSU-nun yeni rektoru: “Universitetdə kadr islahatları aparılacaq”

Bakı. 14 iyul. REPORT.AZ/ “İstənilən qurumun rəhbəri təyinatından dərhal sonra oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur. Ona görə də bəzi dəyişiklikləri həyata keçirmək labüd olur”.

"Report" xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva jurnalistlərə açıqlamasında bildirib.

Rektor qeyd edib ki, BSU-da yeniliklər olacaq: “Elə bir dövrdə yaşayırıq ki, yeniliklər hər gün bizi izləyir. Çünki biz dünyaya inteqrasiya olunuruq. Ona görə də o yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bundan bəhrənlənməliyik”.

O, həmçinin BSU-da kadr islahatları haqda da məlumat verib: “Ciddi kadr islahatı deməzdim, amma kadr islahatları aparılacaq". 

N.Əliyeva universitet rəhbərliyinin tələbələrin geyimlərinə müdaxilə etməsi haqda məlumatlatı təkzib edib: "BSU-da müəllim və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur. Əslində müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, o müəllimdir. Müəllimlər tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlər ilə diqqəti cəlb etməməlidir. Özünün səliqəsi, səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geymi korporativ geyim olmalıdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harda iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək bunu dərk edib özünü tənzimləsin”.

Son xəbərlər

Orphus sistemi