BSU-da autizmdən əziyyət çəkənlərə dəstək məqsədilə layihə hazırlanıb

BSU-da autizmdən əziyyət çəkənlərə dəstək məqsədilə layihə hazırlanıb Məqsəd autizmdən əziyyət çəkənlərə qayğı və diqqətlə yanaşılmasına şərait yaratmaqdır
Elm və təhsil
9 Aprel , 2017 07:03
BSU-da autizmdən əziyyət çəkənlərə dəstək məqsədilə layihə hazırlanıb
Courtesy İmage

Bakı. 9 aprel. REPORT.AZ/ "Dünya Autizm Maarifləndirmə" ayı ilə əlaqədar Bakı Slavyan Universitetinin (BSU) tələbələri tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

"Report" xəbər verir ki, videoçarxda BSU-nun rektoru, professor Nurlana Əliyevanın, Universitetin professor-müəllim heyətinin və tələbələrin çıxışları öz əksini tapıb. Layihənin məqsədi autizmdən əziyyət çəkən insanlara dəstək olmaq, onların cəmiyyətimizdən təcrid olunmasının qarşısını almaq, onlara qayğı və diqqətlə yanaşılmasına şərait yaratmaqdan ibarətdir.

BSU-nun nəzdində fəaliyyət göstərən Tələbə Xeyriyyə Fondu tərəfindən hazırlanan sosial çarxın layihə rəhbəri Samirə Süleymanova, rejissorlar isə Şahin Sərdarlı və Sahib Azəroğludur.

Son xəbərlər

Orphus sistemi