Böyük Britaniyanın səfiri BDU-da olub

Böyük Britaniyanın səfiri BDU-da olub Tədris biliklərinin yoxlanılması testi kimi müzakirə edilib
Elm və təhsil
7 Sentyabr , 2016 15:46
Böyük Britaniyanın səfiri BDU-da olub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Karol Kroftsu və British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt Bakı Dövlət Universitetində (BDU) olublar.

Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək, son illər BDU-nun beynəlxalq əlaqələr istiqamətində əldə etdiyi uğurlardan, o cümlədən xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs edib.

Səfir Karol Kroftsu BDU ilə işbirliyindən danışaraq əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt bir neçə ildir ki, universitetlə səmərəli əməkdaşlıq qurulduğunu, bu əlaqələrin bir neçə sahəni əhatə etdiyini bildirib.

Görüş zamanı əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi apırılıb və təlimçilər üçün inkişaf proqramı, akademik mükəmməllik üzrə tədris kursu, tədris biliklərinin yoxlanılması testi kimi məsələlər müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi