BDU-nun rektoru imtahan prosesini izləyib

BDU-nun rektoru imtahan prosesini izləyib O, imtahan suallarının azaldılması ilə bağlı müvafiq tapşırıqlar verildiyini də diqqətə çatdırıb
Elm və təhsil
5 Yanvar , 2015 18:03
BDU-nun rektoru imtahan prosesini izləyib

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov hüquq, ekologiya və torpaqşünaslıq, beynəlxalq münasibətlər və iqtisadiyyat, biologiya və filologiya fakültələrində imtahan prosesini izləyib, tələbələrin problemləri ilə maraqlanıb. Bu barədə "Report"a BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Sessiyanın gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə Qərargah və onun nəzdində "Qaynar xətt" yaradılıb. Bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi "Qaynar xətti" ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin.

Qeyd edək ki, imtahan sessiyası başlamazdan bir neçə gün əvvəl rektor Abel Məhərrəmov dekan və qrup nümayəndələrinin iştirakı ilə görüş keçirib, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyasının 2015-ci il may ayının 31-dək başa çatdırılması haqqında qərardan danışıb.

Rektor tədris qrafikində yaranmış sıxlığı, xüsusən də imtahanlar arasındakı günlərin sayının az olmasını nəzərə alaraq imtahan suallarının azaldılması ilə bağlı müvafiq tapşırıqlar verildiyini də diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi