Baş direktor: "Azərbaycanda Rusiyanın ali məktəblərinə qəbul olmaq istəyənlərin sayı artıb"

Baş direktor: "Azərbaycanda Rusiyanın ali məktəblərinə qəbul olmaq istəyənlərin sayı artıb" Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycandan Rusiyanın ali məktəblərinə qəbul olmaq istəyənlərin sayı ildən-ilə artmaqdadır.
Elm və təhsil
11 Oktyabr , 2018 12:28
Baş direktor: Azərbaycanda Rusiyanın ali məktəblərinə qəbul olmaq istəyənlərin sayı artıb
Humanitar Əməkdaşlıq Assosiasiyasının baş direktoru Mixail Novoseltsev / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Azərbaycandan Rusiyanın ali məktəblərinə qəbul olmaq istəyənlərin sayı ildən-ilə artmaqdadır".

"Report" xəbər verir ki, bunu Humanitar Əməkdaşlıq Assosiasiyasının baş direktoru Mixail Novoseltsev bu gün Bakıda açılan 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində deyib.

Onun sözlərinə görə, bunu yerli əhali arasında rus dilinə və o dildə təhsilə böyük maraq göstərməsi də sübut edir.

Xatırladaq ki, 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Rusiya ilk dəfə maksimal sayda - bütün regionlarından olan 16 ali təhsil müəssisəsi ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi