BANM “Neft-qaz mühəndisliyi” ixtisası üzrə sənəd qəbulu elan edib

BANM “Neft-qaz mühəndisliyi” ixtisası üzrə sənəd qəbulu elan edib Bakı Ali Neft Məktəbi (BANM) 2020/2021-ci tədris ilində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təkrar ali təhsil almaq üçün qiyabi şöbəyə sənəd qəbulu elan edib.
Elm və təhsil
22 Avqust , 2020 11:37
BANM “Neft-qaz mühəndisliyi” ixtisası üzrə sənəd qəbulu elan edib

Bakı Ali Neft Məktəbi (BANM) 2020/2021-ci tədris ilində Neft-qaz mühəndisliyiixtisası üzrə təkrar ali təhsil almaq üçün qiyabi şöbəyə sənəd qəbulu elan edib. 

Ali məktəbdən "Report"a verilən məlumata görə, tədris ödənişli əsaslarla distant və ya qiyabi formalarda təşkil edilir.

Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir.

  • Rektorun adına ərizə.
  • göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir).
  • əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərtilə).
  • ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri.
  • sağlamlıq haqqında arayış.
  • şəxsiyyəti təsdiq edən sənəd.
  • 3/4 sm ölçüdə 4 ədəd fotoşəkli.

Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar. Qəbul zamanı dövlət orqanlarının tövsiyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.

Sənədlərin qəbulu 20 sentyabr 2020-ci il tarixinə qədər saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) BANM-in Xətai korpusunda (Xocalı pr. 30, otaq 301) aparılacaq.

Əlaqə telefonu 521 31 09 (Tədris-metodiki şöbə)

E-mail – [email protected]

Son xəbərlər

Orphus sistemi