BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə onun tabeliyində olan ümumi təhsil mərkəzləri və inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. 
Elm və təhsil
21 Dekabr , 2017 10:23
BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib
BANM

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə onun tabeliyində olan ümumi təhsil mərkəzləri və inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, tədbirdə BANM-in rektoru Elmar Qasımov, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan komandalar iştirak ediblər.

E.Qasımov bu cür müsabiqələrin məktəblilərin bilik və bacarıqlarının inkişafında çox əhəmiyyətli olduğunu qeyd edib və məktəblilərə uğurlar arzu edib. 

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva isə BANM-ın rəhbərliyinə göstərdiyi təşkilati dəstəyə görə təşəkkür edib, bu müsabiqənin həyata keçirilməsinin səbəblərindən danışıb.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış komandalar 2 saat ərzində 30 sualdan ibarət test tapşırığı və 2 məsələ həll ediblər. Doğru cavablandırılan hər test tapşırığı 1 balla, məsələ və təcrübə işinin isə 5 balla qiymətləndirilməsi nəzərdə tutulub. Final mərhələsinin nəticələri tezliklə açıqlanacaq.

Məktəblilər həmçinin BANM-ın yeni kampusu ilə yaxından tanış olub, buradakı dünya standartlarına cavab verən elmi-tədqiqat labaratoriyalarında təcrübə işləri aparıblar. 

Son xəbərlər

Orphus sistemi