BANM-da Layihə İdarəetmə Məktəbinin Məzun günü keçirilib

BANM-da Layihə İdarəetmə Məktəbinin Məzun günü keçirilib Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun günü keçirilib.
Elm və təhsil
1 Noyabr , 2018 14:23
BANM-da Layihə İdarəetmə Məktəbinin Məzun günü keçirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun günü keçirilib.

Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə SOCAR və BP şirkətlərinin rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər.

Məzunlarına Corc Vaşinqton Universitetinin magistr sertifikatı verən təlim proqramı - Layihə İdarəetmə Məktəbini bu dəfə 12 müəssisənin 47 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR və şirkətin “Azneft” İstehsalat Birliyi, “Azərikimya” İstehsalat Birliyi, Neftqaztikinti Tresti, Kompleks Qazma İşləri Tresti kimi təşkilatlarının, “Azərsu” ASC, BP, EY, "WorleyParsons", "Caspian Business Management and Consulting", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Gate Baku" kimi şirkətlərin rəhbər işçiləri və məsul əməkdaşları var.

Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edərək bildirib ki, artıq ikinci ildir BANM-da reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqamı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “SOCAR-ın Bakı Ali Neft Məktəbi bu gün texniki fənlər sahəsində ölkəmizin aparıcı ali məktəbi olmaqla ən parlaq zehinli gənclərimizi cəmləşdirərək onlara beynəlxalq tədris proqramları əsasında ingilis dilində ən yüksək səviyyədə təhsil almaq imkanı yaradıb. Ölkəmizin gələcəyi olan gənc mütəxəssislərimizin inkişafı, korporativ biznes mühitinə inteqrasiyası və praktiki səriştələrinin artırılması baxımından bu cür layihələri olduqca mühüm hesab edirəm. Bu layihədə müvəffəqqiyyətə nail olmuş bütün məzunlarımızı ürəkdən təbrik edirəm".

Tədbirdə həmçinin layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın "Stratex" şirkətinin Biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edib və məzunları ürəkdən təbrik edib. 

Daha sonra məzunlar çıxış edərək Layihə İdarəetmə Məktəbinin onların profesional karyeralarına böyük töhfə olduğunu və burada əldə etdikləri yeni biliklərin peşəkarlıqlarının yüksəlməsinə ciddi praktiki töhfələr verdiyini bildiriblər. Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı təqdim edilib.

Qeyd edək ki, son bir il ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək öz əməkdaşlarının ixtisas artırması baxımından onların bu layihədə iştirakına üstünlük verir. Məktəbdə layihələrin idarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında təlim keçirilir. Həmin modullara Layihələrin idarə edilməsi, Layihəyə rəhbərlik, İdarəetmə və kommunikasiya, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi kurslar daxildir.

Son xəbərlər

Orphus sistemi