Bakıda velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş tədbirlər keçiriləcək

Bakıda velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş tədbirlər keçiriləcək Bakı. 28 mart. REPORT.AZ/ Bakıda bu il aprel-may aylarında velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçiriləcək.
Elm və təhsil
28 Mart , 2018 10:42
Bakıda velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş tədbirlər keçiriləcək

Bakı. 28 mart. REPORT.AZ/ Bakıda bu il aprel-may aylarında velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçiriləcək.

"Report"un xəbərinə görə, bu, “2018-ci ilin 5 - 9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, “BMX Racing” növü üzrə dünya çempionatı ərəfəsində (may-iyun) Azərbaycanın tarix, mədəniyyət və incəsənətini təbliğ etmək və tanıtmaq məqsədilə məktəblilərin iştirakı ilə yürüş, fləşmob və konsert proqramlarının təşkili nəzərdə tutulur.

Bundan başqa, çempionatın təbliğinə həsr olunmuş sərgi və müsabiqələr təşkil olunacaq. Tədbirlər Planında Təhsil müəssisələrinin internet şəbəkəsi və saytlarına velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı ilə əlaqədar materialların daxil edilməsi, keçirilən tədbirlərin kütləvi informasiya vasitələri və televiziya proqramlarında işıqlandırılması da əksini tapıb.

Son xəbərlər

Orphus sistemi