Bakıda müasir innovasiyalara həsr olunan beynəlxalq konfrans keçirilir

Bakıda müasir innovasiyalara həsr olunan beynəlxalq konfrans keçirilir “World Summit Award” və “Grand Jury” tədbirini ”ASAN xidmət” İnnovasiyalar Mərkəzi və “ADA” Universiteti birgə təşkil edib
Elm və təhsil
18 Sentyabr , 2015 11:55
Bakıda müasir innovasiyalara həsr olunan beynəlxalq konfrans keçirilir

Bakı. 18 sentyabr. REPORT.AZ/ ”ASAN xidmət” İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” və “Grand Jury” tədbiri keçirilir. “Report” xəbər verir ki, tədbirdə BMT-yə üzvü olan dövlətlərin ekspertləri və nümayəndələri iştirak edir.

”ASAN xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, bu günkü tədbir innovasiyalar sahəsində beynəlxalq bir forumdur: “Tədbir ”ASAN xidmət” İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq səviyyədə innovasiyaların son qlobal brendlərini müzakirə etmək, bu innovasiyaların təcrübəsindən faydalanaraq və həmin təcrübəni Azərbaycana gətirərək onun inkişafına nail olmaqdır”.

Şöbə müdiri qeyd edib ki, forum iki hissədən ibarətdir. Birinci hissədə müzakirələr aparılacaq, ikinci hissədə 20-ə yaxın ölkənin 400-dən artıq təqdim olunan müxtəlif layihələrinin içərisindən 21 ekspert 40 qalib seçəcək. Həmin layihələr müxtəlif sahələri əhatə edir. Bura təhsil, səhiyyə, elektron kontent, dövlət xidmətləri və başqaları daxildir. 

Onun sözlərinə görə, bu sahələrin içərisində ən uğurluları seçilərək Azərbaycanda tətbiq ediləcək: “Bu müsabiqədə Azərbaycandan 6 layihə iştirak edir. Onlardan biri də “ASAN ödəniş” sistemidir. Bu sistem həm terminallar, həm də “asanpay.az” potalı vasitəsilə bütün növ inzibati cərimələrin elektron formada ödənilməsini həyata keçirəcək”.

Son xəbərlər

Orphus sistemi