Bakıda “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar

Bakıda “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar Layihənin əhatə dairəsinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur
Elm və təhsil
22 Dekabr , 2016 20:35
Bakıda “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar

Bakı. 22 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar.

Nazirlikdən “Report”a verilən məlumata görə, Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üçün 110 nəfər seçilib.

Hər məktəbdə ən azı 3 nəfər olmaqla fəaliyyət göstərən “Məktəblinin dostu” layihə çərçivəsində müəyyən edilən məktəblərdə müəllim və şagird kollektivinə təqdim olunub. Onlar fəaliyyətə başladıqları ilk gündən interaktiv olaraq şagirdlərin təlim-tərbiyəsi və intellektual inkişafının təmin edilməsi istiqamətində tədbir və yarışlar keçirmək təşəbbüsü ilə çıxış ediblər.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində seçilmiş namizədlərə bir ay ərzində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhsilin idarəedilməsi, təhsil haqqında mövcud qanunvericilik barədə məlumat verilib. Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşları və psixoloqlar tərəfindən namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadəsi, eləcə də təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi, psixoloji dəstək göstərilməsi ilə bağlı təlim keçirilib.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcəklər.

Layihənin əhatə dairəsinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi