Bakıda direktor müavini olmaq istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Bakıda direktor müavini olmaq istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. 
Elm və təhsil
14 Noyabr , 2017 12:53
Bakıda direktor müavini olmaq istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. 

İdarədən "Report"a verilən məlumata görə, nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.

Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.

Qeyd edək ki, 3-4 noyabr tarixlərində keçirilən test imtahanında təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat, kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar. 

Son xəbərlər

Orphus sistemi