Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) kadr təyinatları olub. Azərbaycan Yaradıcılıq Fondundan "Report" verilən məlumata görə, Qismət Rüstəmov BSU-nun Yaradıcılıq fakültəsinin dekanı vəzifəsinə təyin edilib.
Bundan başqa, Şəhla Aslan və Manaf Kərimov həmin fakültənin dekan müavinləri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, şair Qismət Rüstəmov Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəridir.