​Bakı şəhəri üzrə xarici ölkələrdə təhsil alanların statistikası açıqlanıb

​Bakı şəhəri üzrə xarici ölkələrdə təhsil alanların statistikası açıqlanıb Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin sayı 1860 nəfər olub
Elm və təhsil
21 İyun , 2016 20:27
​Bakı şəhəri üzrə xarici ölkələrdə təhsil alanların statistikası açıqlanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Bakı şəhəri və rayonları üzrə 2014-2015-ci tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan tələbələrin sayı açıqlanıb.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, qeyd olunan tədris ilində Bakı şəhəri üzrə dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin sayı 1860 nəfər olub.

Onlardan ən çoxu Türkiyədə (458 nəfər) təhsil alıb. Daha sonra Böyük Britaniya (421) və Almaniyada (228) təhsil alanlar üstünlük təşkil edib. O cümlədən, Rusiya (146), Kanada (145), İsveçrə (65), Nideraland (63), ABŞ (50), Avstraliya (44), Fransa (32) və Belarusda (33) təhsil alnlar var. Tələbə sayının ən az olduğu ölkələrin sırasında Latviya (1), Rumıniya (1), Belçika (1), Finlandiya (2), Yaponiya (2) yer alıb.

Bakının rayonlarına gəlincə, ən çox tələbə Yasamal rayonundan (364) dövlət xətti ilə xaricdə təhsil alıb. Binəqədidən gedənlərin sayı isə 272 olub. Ən az tələbə isə Qaradağ (23), Sabunçu (92), Xəzər (37) rayonlarından dövlət proqramına qoşulub. 

Son xəbərlər

Orphus sistemi