Bakı İstedadlar Təhsil Kompleksi bəzi saytlarda yer alan iddialara münasibət bildirib

Bakı İstedadlar Təhsil Kompleksi bəzi saytlarda yer alan iddialara münasibət bildirib “Xarici müəllimlərin guya məvacibin azalmasından narazılıq edib, məktəbi tərk etməsi ilə bağlı yayılan şayiə həqiqətdən uzaqdır”
Elm və təhsil
2 Sentyabr , 2016 17:26
Bakı İstedadlar Təhsil Kompleksi bəzi saytlarda yer alan iddialara münasibət bildirib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) mətbuatda bu təhsil qurumu haqqında dərc olunan iddialara münasibət bildirib.

BİTK-nin baş meneceri Zaur Heydərov “Report”a açıqlamasında bəzi saytlarda dərc olunmuş iddiaları əsassız adlandırıb: “İddia edirlər ki, şagirdlər üçün nəzərdə tutulan avtobusun aylıq haqqı artırılıb. Bu, tamamilə yanlış məlumatdır. Belə ki, avtobusların aylıq haqqı artırılmayıb. Qeyd edim ki, bu avtobuslar məktəbə məxsus deyil. Yəni, avtobusdan istifadə icbari deyildir və valideynlərin özləri nəqliyyat şirkətləri ilə razılığa gəlirlər.

Yemək məsələsi ilə bağlı yazılanlar da doğru deyil. Şagirdlərin 11-ci sinifə qədər yeməyi məktəbdə verilir, pulsuzdur”.

Z.Heydərov əcnəbi müəllimlərin, məktəbdən imtina edərək, öz ölkələrinə qayıtmaları ilə bağlı yazılanların da doğru olmadığını vurğulayıb: “Heç bir xarici müəllimin əməkhaqqında dəyişiklik olmayıb. Buna görə xarici müəllimlərin guya məvacibin azalmasından narazılıq edib, məktəbi tərk etməsi ilə bağlı yayılan şayiə həqiqətdən uzaqdır. Həqiqət isə budur ki, yerli azərbaycanlı kadrlarımız inkişaf edib, xaricilərin səviyyəsinə qalxmağa nail olurlar. Bu səbəbdən müəllimlər arasında azərbaycanlı müəllimlərin nisbəti artıb. Əgər azərbaycanlı bir müəllim əcnəbi müəllimdən hər cəhətdən üstün olsa, və biz əcnəbiyə üstünlük versək, öz vətəndaşımıza qarşı mənasızca haqqsızlıq etmiş olarıq.

Məktəb açılanda qarşıya qoyulan məqsədlərdən biri də azərbaycanlı müəllimlərin potensialını inkişaf etdirmək olub. Yəni, yerli müəllimlər səriştə və bilik baxımından əcnəbi müəllimlərin səviyyəsinə qədər yüksəlməlidirlər. Hazırda milliləşdrimə siyasəti çərçivəsində bu il üçün məktəbin hesabına 8 yerli müəllimi İngiltərənin Notinqem Universitetinə PGCEi kursuna (beynəlxalq səviyyəli müəllim sertifikatı) göndərmişik. Bununla belə məktəbdə əcnəbi müəllimlərin sayı kifayət qədərdir. Bütün siniflər, əvvəl olduğu kimi, əcnəbi müəllimlərlə təmin olunub”.

Son xəbərlər

Orphus sistemi