Bakı Dövlət Universiteti Rusiyanın 12 universiteti ilə memorandum imzalayıb

Bakı Dövlət Universiteti Rusiyanın 12 universiteti ilə memorandum imzalayıb Memorandumlarda birgə mühazirələrin oxunması, elmi tədqiqatların aparılması və digər məsələlər nəzərdə tutulur
Elm və təhsil
20 Noyabr , 2015 19:16
Bakı Dövlət Universiteti Rusiyanın 12 universiteti ilə memorandum imzalayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunma mərasimi çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə Rusiyanın 12 universiteti arasında anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, həmin universitetlərlə imzalanan memorandumlarda birgə mühazirələrin oxunması, elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsi nəzərdə tutulur.

Rusiya Dövlət Humanitar Universiteti, Rusiya Dövlət Peşəkar-Pedaqoji Universiteti, Çeçen Dövlət Universiteti, Ufa Dövlət Neft-Texniki Universiteti, Moskva Dövlət Humanitar-İqtisadi Universiteti, Ulyanovsk Dövlət Universiteti, Kursk Dövlət Texniki Universiteti, Ural Dövlət Dağ-Mədən Universiteti, Şimali-Qafqaz Federal Universiteti, Dağıstan Dövlət Texniki Universiteti, Petrozavodsk Dövlət Universiteti, Moskva Fizika-Texnologiya İnstitutu ilə imzalanan müqavilədə tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı memorandumlarda öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi