AzMİU kadr hazırlığı barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə imzalayıb

AzMİU kadr hazırlığı barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə imzalayıb Gülçöhrə Məmmədova: "Bu əməkdaşlıq tələbələrimizin daha da bilikli, bacarıqlı mütəxəssis kimi yetişməsi üçün əsas verir"
Elm və təhsil
28 Yanvar , 2016 20:39
AzMİU kadr hazırlığı barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə imzalayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə "Report"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Universitetin rektoru, profesor Gülçöhrə Məmmədova bildirib ki, müqavilənin məzmunu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ixtisaslı mütəxəssislərlə təmin olunması, işləyən mütəxəssislərin ixtisas biliklərinin artırılması, istehsalat prosesləri zamanı yeni texnologiyaların, elmi yeniliklərin, layihələrin tətbiqinə olan tələbatın təmin edilməsinə yönələn təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıqdır: "Bu əməkdaşlıq tələbələrimizin daha da bilikli, bacarıqlı mütəxəssis kimi yetişməsi üçün əsas verir".

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi, professor Ramiz Quliyev bildirib ki, bu müqavilə kadr hazırlığı barədə atılan önəmli bir addımdır: "İkitərəfli əlaqələrin – geodeziya, xəritəçilik, yerin məsafədən öyrənilməsi, yerquruluşu, kadastr, geoinformasiya texnologiyası, monitorinq və tətbiqi geodeziya sahələrinin inkişafı ilə bağlı mümkün olan hər cür şəraitin yaradılması və tədbirlərin görülməsinə xidmət edilib".

Son xəbərlər

Orphus sistemi