Azərbaycanlı alim Türkiyədə dərs vəsaiti hazırlayıb

Azərbaycanlı alim Türkiyədə dərs vəsaiti hazırlayıb Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı bölümünün dosenti İlkin Qulusoy “Azerbaycan Türkçesi Grameri – I (Ses Bilgisi ve Söz Varlığı)” adlı dərs vəsaiti yazıb.
Elm və təhsil
15 Oktyabr , 2018 11:50
Azərbaycanlı alim Türkiyədə dərs vəsaiti hazırlayıb
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı bölümünün dosenti İlkin Qulusoy “Azerbaycan Türkçesi Grameri – I (Ses Bilgisi ve Söz Varlığı)” adlı dərs vəsaiti yazıb.

"Report"un məlumatına görə, kitabın I hissəsində Azərbaycan dilinin fonetik quruluşu və leksikası haqqında məlumat verilib, qrammatik qayda və qanunlar Türk tələbələrin də anlaya biləcəyi dildə izah edilib. Kitabın II hissəsində isə tədris zamanı istifadə etmək üçün Azərbaycan ədəbiyyatından müxtəlif janrlarda olan mətnlər verilib.

Azərbaycan dilinin morfoloji və sintaktik quruluşundan bəhs edən ikinci bir kitab da hazırlıq mərhələsindədir, gələn il Türkiyə universitetlərinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün müəllim və tələbələrinin ixtiyarına veriləcək.

Türkiyədə Azərbaycan Türkcəsinə dair ilk kitab 1971-ci ildə Muharrem Ergin tərəfindən qələmə alınıb və bu kitabda sadəcə mətnlər üzərində izahatlar əsasında Azərbaycan Türkcəsinin bəzi qrammatik xüsusiyyətlərindən bəhs olunub. Bu baxımdan, İlkin Qulusoyun müəllifi olduğu kitabı Azərbaycan dilinin qrammatikasının elmi şəkildə öyrənilməsi üçün atılmış ilk addım hesab olunur. İlkin Qulusoy 7 ildir ki, dilimizi və ədəbiyyatımızı Türkiyədə Qars Qafqaz Universitetindəki Azərbaycan dili və ədəbiyyatı bölümündə təbliğ və tədris etməklə məşğuldur.

Son xəbərlər

Orphus sistemi