Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub

Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub Azərbaycanın Pakistandakı səfiri bu ölkənin federal təhsil və peşəkar təlim üzrə naziri ilə görüşüb
Elm və təhsil
14 Sentyabr , 2017 10:06
Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycanın pakistandakı səfirliyi

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal təhsil və peşəkar təlim üzrə naziri, YUNESKO üzrə Pakistan Milli Komissiyasının sədri Məhəmməd Baliğ ur Rəhmanla görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə rəsmi Bakı ilə İslamabadın beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkə rəhbərlərinin xüsusi səyləri vurğulanıb.

Eyni zamanda, hər iki ölkə arasında mövcud olan səmərəli əməkdaşlığın və yüksək əlaqələrin səviyyəsindən məmnuluq ifadə olunub, təhsil sahəsində müqavilə hüquq bazasının təkmilləşdirilməsi və həyata keçirilən layihələrin artırılması önəmi qeyd edilib.

Əli Əlizadə təhsil sahəsində layihələrin daha da artırılması üçün münbit şəraitin olduğunu, Azərbaycanda pakistanlı tələbələrin sayının hər il artdığını, cari ayda Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaları üçün seçilən beş pakistanlı tələbənin Bakıya bir həftəlik səyahətinin təşkil olunacağını və azərbaycanlı tələbə və mütəxəssislərin də Pakistanın yüksək təhsil və təlim müəssisələrində vaxtaşırı təcrubə kurslarına cəlb olunduğunu bildirib.

Məhəmməd Baliğ ur Rəhman Azərbaycana etdiyi səfərləri, şahidi olduğu yüksək nailiyyətləri, azərbaycanlılarda Pakistana olan xususi münasibəti vurğulayaraq Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın önəmli olduğunu bildirib və Pakistanın azərbaycanlı tələbələri hər zaman qəbul etməyə hazır olduğunu, təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bütün layihələrin dəstəklənəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi