Azərbaycanın 200 tələbəsi Macarıstanda təhsil alacaq

Azərbaycanın 200 tələbəsi Macarıstanda təhsil alacaq Ötən il isə 50 tələbə Macarıstanda təhsil alıb
Elm və təhsil
28 İyun , 2016 13:59
Azərbaycanın 200 tələbəsi Macarıstanda təhsil alacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Bu il Azərbaycandan 200 tələbə təhsil almaq üçün Macarıstana göndəriləcək. "Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib: "Onların bütün xərclərini Macarıstan hökuməti qarşılayacaq".

Ş.Mustafayevin sözlərinə görə, bu il Macarıstanda təhsil almaq istəyən azərbaycanlı tələbələrə 200 yer ayrılıb: "Ötən il 50 tələbə Macarıstanda təhsil alıb. Bu il isə 600 nəfər Macarıstanda təhsil almaq üçün müraciət edib".

Son xəbərlər

Orphus sistemi