Azərbaycanda xarici tələbələrin də qatıldığı qış məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda xarici tələbələrin də qatıldığı qış məktəbi fəaliyyətə başlayıb Qış məktəbi fevralın 8-15-də Bakıda, Qubada, Xaçmazda və Qusarda fəaliyyət göstərəcək
Elm və təhsil
8 Fevral , 2016 12:00
Azərbaycanda xarici tələbələrin də qatıldığı qış məktəbi fəaliyyətə başlayıb

Bakı. 8 fevral REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, qış məktəbinin açılış mərasimində çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev bildirib ki, Prezident İlham Əliyevin "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycan multikulturalizmi yaşayır və yaşayacaq" fikirini əsas götürən qış məktəbi Multikulturalizm Mərkəzinin ötən ilin yayında baş tutan yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq keçirilir. 

O deyib ki, multikulturalizm Azərbaycanın yaşayış tərzi olmaqla yanaşı, həm də dövlət siyasətidir. Rektor qeyd edib ki, qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır.

A.Hacıyevin sözlərinə görə, 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları beynəlxalq multikulturalizm qış məktəbi fevralın 8-15-də Bakıda, Qubada, Xaçmazda və Qusarda fəaliyyət göstərəcək.

Qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərindən 43 nəfər, Azərbaycan universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə, 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.

Son xəbərlər

Orphus sistemi