Azərbaycanda məktəblərdə çağırışa qədər hazırlıq müəllimlərinin attestasiyasına başlanılıb

Azərbaycanda məktəblərdə çağırışa qədər hazırlıq müəllimlərinin attestasiyasına başlanılıb Attestasiya Təhsil Nazirliyi ilə birgə aparılır
Elm və təhsil
13 Fevral , 2015 12:33
Azərbaycanda məktəblərdə çağırışa qədər hazırlıq müəllimlərinin attestasiyasına başlanılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda məktəblərdə çağırışa qədər hazırlıq müəllimlərinin attestasiyasının keçirilməsinə başlanılıb. "Report"un məlumatına görə bunu jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov bildirib. 

Onun sözlərinə görə, attestasiya Təhsil Nazirliyi ilə birgə aparılır: "Hal hazırda məktəblərdə çağırışa qədər hazırlıq müəllimlərinin attestasiyasının keçirilməsinə başlanılıb. Attestasiya Səfərbərlik və Təhsil Nazirliyi ilə birgə yaradılan komissiya tərəfindən həyata keçirilir”.

A.Rəhimov qeyd edib ki, yeni dərs və metodiki, eyni zamanda əyani vasitələrin hazırlanmasına da başlanılıb. “Artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi dərs və metodiki vəsaitlərin, əyani vasitələrin yenilənməsi və hazırlanması işlərinə başlayıb. Bu istiqamətdə təhsil Nazirliyi ilə birgə tədbirlərimizi davam etdiririk”.

Son xəbərlər

Orphus sistemi