Azərbaycanda ən çox şagird əqli zəif uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəblərdədir

Azərbaycanda ən çox şagird əqli zəif uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəblərdədir Ümumilikdə bu məktəblərdə 3685 şagird təhsil alır
Elm və təhsil
4 Avqust , 2017 20:43
Azərbaycanda ən çox şagird əqli zəif uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəblərdədir
Report

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinin sayı 16, şagirdlərinin sayı isə 5849-dur.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xüsusi məktəblərin sayı 6, orada təhsil alanlar 3237, xüsusi internat məktəblərinin sayı 10, təhsil alanların sayı isə 2612-dir.

Bu məktəblərdən 8-i əqli zəif olan uşaqlar üçündür. Həmin məktəblərdə 3685 şagird təhsil alır. Gözdən əlillər üçün 2 (319 şagird), karlar və lallar üçün 1 (643 şagird), zəif eşidən və sonradan kar olanlar üçün 1 (174 şagird), poliomielit və serabral iflicli uşaqlar üçün 1 (135 şagird), nitq qüsurlu uşaqlar üçün 2 (524 şagird) və s. xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün 1 (369 şagird) məktəb fəaliyyət göstərir.

Bundan əlavə, ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilmiş siniflərdə 528 şagird təhsil alır. 

Son xəbərlər

Orphus sistemi