Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının miqdarı açıqlanıb

Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının miqdarı açıqlanıb Mikayıl Cabbarov: "Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir"
Elm və təhsil
27 Oktyabr , 2017 15:40
Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının miqdarı açıqlanıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Bu günə qədər 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manat təşkil edib".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir: "Bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir".

M.Cabbarov qeyd edib ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artır: "Bu il 500-dən çox bal toplayan 1359 nəfər müəllimlik ixtisasını seçib".

Son xəbərlər

Orphus sistemi