Azərbaycan və Meksikanın neft məktəbləri arasında əməkdaşlıq qurula bilər

Azərbaycan və Meksikanın neft məktəbləri arasında əməkdaşlıq qurula bilər Meksikanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbinin rektoru ilə görüşüb
Elm və təhsil
12 İyul , 2016 12:15
Azərbaycan və Meksikanın neft məktəbləri arasında əməkdaşlıq qurula bilər

Bakı. 12 iyul. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ilə görüşüb

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı rektor səfirə ölkənin ən gənc təhsil mərkəzlərindən olan Ali Neft Məktəbi barədə ümumi məlumat verib.

Səfir Labardini neft sahəsinin ikitərəfli əməkdaşlığının əsas sahələrindən olduğunu qeyd edib. Diplomat nəzərə çatdırıb ki, bu sektorda hər iki ölkənin zəngin təcrübəsi var və bu, sözügedən sahənin öyrənilməsində əməkdaşlıq üçün imkanlar yaradır.

Onun sözlərinə görə, bu baxımdan Meksika Neft İnstitutu ilə Bakı Ali Neft Məktəbi arasında yalnız iki ölkənin neft və təhsil sahələrinin inkişafına yox, həmçinin ikitərəfli münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək əlaqələr qurula bilər.

Meksika səfiri təhsil sahəsində əlaqələrinin ikitərəfli əməkdaşlıq üçün vacibliyini vurğulayıb. Tərəflər, həmçinin özündə birgə təqdimatlar və seminarları, akademik mübadiləni və s. birləşdirən əməkdaşlığın mümkün layihələrini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi