Azərbaycan və Bolqarıstan təhsil sahəsində əməkdaşlığı möhkəmləndirəcək

Azərbaycan və Bolqarıstan təhsil sahəsində əməkdaşlığı möhkəmləndirəcək Bakı. 13 dekabr. REPORT.AZ/ Bolqarıstan hökuməti bu ölkənin Təhsil və Elm Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum layihəsini təsdiqləyib.
Elm və təhsil
13 Dekabr , 2017 16:55
Azərbaycan və Bolqarıstan təhsil sahəsində əməkdaşlığı möhkəmləndirəcək
Report

Bakı. 13 dekabr. REPORT.AZ/ Bolqarıstan hökuməti bu ölkənin Təhsil və Elm Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum layihəsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Sənədin imzalanmasının məqsədi təhsil sahəsində ikitərəfli əlaqələrin dərinləşdirilməsidir. Sənəd bu sahədə təcrübə mübadiləsinin aktivləşdirilməsini, iki ölkənin ali məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi