Bakı. 18 yanvar. REPORT.AZ/ Belarus
"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Belarusda ali məktəbə səfəri zamanı Azərbaycan FHN Akademiyasının rəhbəri Baba Salayev bildirib.
O, iki ölkənin xilasetmə qurumları arasında əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin dərinləşdiyini və inkişaf etdiyini qeyd edib və bunun iki dövlətin xilasetmə xidmətləri üçün mütəxəssislərin hazırlanmasında gələcək əməkdaşlıq baxımından yaxşı özül olacağını vurğulayıb.
Azərbaycan FHN Akademiyasının rəhbəri MMU-nun təhsil prosesinin təşkili və maddi-texniki bazası ilə tanış olub. O, peşəkar müəllim, tələbə mübadiləsində, eləcə də müəllimlərin birgə staj keçməsinin təşkilində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, hazırda MMU-da 181 Azərbaycan vətəndaşı təhsil alır.