Azərbaycan İlahiyyat İnstitutunda sınaq dərslərinə başlanılıb

Azərbaycan İlahiyyat İnstitutunda sınaq dərslərinə başlanılıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) sınaq (demo) dərslərinə başlanılıb.
Elm və təhsil
4 Sentyabr , 2018 12:39
Azərbaycan İlahiyyat İnstitutunda sınaq dərslərinə başlanılıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) sınaq (demo) dərslərinə başlanılıb. 

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, ilk dərs ingilis dili fənni üzrə keçirilib. 

Sınaq dərsində institutun rəhbərliyi və müəllimlər iştirak ediblər.

Qeyd edək ki, bu ali məktəblərə qəbul olunanların qeydiyyatı artıq yekunlaşıb. Belə ki, institutda ödənişsiz əsaslarla nəzərdə tutulan bütün yerlər dolub. İlk tədris ili üçün islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi