Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası kafedralarda boş olan vəzifəni tutmaq üçün müsabiqə elan edib.
"Report" xəbər verir ki, təhsil müəssisəsində akademik rəngkarlıq və kompozisiya üzrə tam ştatlı dosent vəzifəsinə 1 yer vakant vəzifə kimi müsabiqəyə çıxarılıb.
Müsabiqə müddəti bir ay keçənədək qüvvədədir. Sənədləri təlimata uyğun olaraq Bakı, H.Əliyev prospekti 58 ünvanına göndərmək lazımdır.