​Azərbaycan Avropanın radon qazı xəritəsinə salınıb

​Azərbaycan Avropanın radon qazı xəritəsinə salınıb Radon qazı ölkənin dağlıq ərazilərindəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib
Elm və təhsil
18 Noyabr , 2015 16:48
​Azərbaycan Avropanın radon qazı xəritəsinə salınıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan ərazisində radon qazının miqdarı ilə bağlı aparılmış tədqiqatların nəticələri “Avropanın qapalı mühitlərində radonun yayılma xəritəsi”nə daxil edilib.

Bu barədə “Report”a AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Avropa Komissiyası tərəfindən tərtib olunmuş elektron xəritədə Azərbaycanın da ərazisi radon qazının yayılma göstəriciləri ilə əks olunur.

Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri 2010-cu ildən etibarən ölkədə bu qazın yayıldığı ərazilərin müəyyən edilməsi və sağlamlığa mənfi təsir edə bilən riskinin azaldılması istiqamətində tədqiqatlar aparır.

Son 5 il ərzində İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi və GGİ-nin vəsaiti hesabına aparılmış tədqiqatlar nəticəsində radon qazı əsasən Azərbaycanın dağlıq ərazilərindəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib. Bu məlumatlar əsasında 2013-cü ildə “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub.


Son xəbərlər

Orphus sistemi