Avropa Gənclər Klubları Konfederasiyasının növbəti baş assambleyası keçirilib

Avropa Gənclər Klubları Konfederasiyasının növbəti baş assambleyası keçirilib Azərbaycanı yerli gənclər təşkilatı - Gənclər üçün Təhsil Mərkəzi təmsil edir
Elm və təhsil
18 Fevral , 2015 16:51
Avropa Gənclər Klubları Konfederasiyasının növbəti baş assambleyası keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Avropa Gənclər Klubları Konfederasiyasının Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən növbəti baş assambleyası öz işinə yekun vurub.

“Report” xəbər verir ki, assambleya çərçivəsində Konfederasiyanın 2014-cü ildə həyata keçirdiyi işlərin hesabatı dinlənilib və görülmüş işlərə qiymət verilib. Tədbirdə qurumun 2015-ci il üçün yeni strategiyası və layihələri müzakirə edilib, vacib qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycanı bu nüfuzlu beynəlxalq təşkilatda yerli gənclər təşkilatı - Gənclər üçün Təhsil Mərkəzi təmsil edir. Mərkəz 2012-ci ildə Konfederasiyanın müşahidəçi, 2013-cü ildə isə tamhüquqlu üzvü olub. 

Son xəbərlər

Orphus sistemi