Bakı. 22 aprel. REPORT.AZ/
TQDK-dan "Report"a verilən məlumata görə, imtahan nəticələri və cavab kartlarının qrafik təsvirləri saytda yerləşdirilib.
Belə ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 48 049 abituriyentdən 2 966 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib.
Xatırladaq ki, abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, növbəti və sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək.