AMEA ilə Memarlıq və İnşaat Universiteti arasında anlaşma memorandumu imzalanıb

AMEA ilə Memarlıq və İnşaat Universiteti arasında anlaşma memorandumu imzalanıb Məqsəd birgə elmi tədqiqatlar aparmaqdır
Elm və təhsil
7 Aprel , 2016 19:04
AMEA ilə Memarlıq və İnşaat Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Memarlıq və İnşaat Universiteti (AMİU) arasında anlaşma memorandumu imzalanıb. 

Bu barədə "Report"a AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, məqsəd geologiya elminin qarşılıqlı maraq doğuran istiqamətlərində, o cümlədən innovasiya mühitində kadrlar hazırlamaq və birgə elmi tədqiqatlar aparmaqdır. Sənədə əsasən, tərəflər hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə edəcək. Əməkdaşlıq çərçivəsində müvafiq fakültə, kafedra, şöbə və laboratoriyalarda ixtisaslar və ixtisaslaşmalar üzrə tələbə, magistrant və doktorantlar üçün tədris, elmi-tədqiqat və istehsalat təcrübələrinin keçilməsi təşkil olunacaq.

Bunlardan əlavə, GGİ-də AMİU-nun müvafiq baza kafedrasının yaradılması, müştərək elmi simpozium, seminar və konfransların təşkili, həmçinin beynəlxalq və yerli layihələrdə, proqramlarda birgə iştirak da nəzərdə tutulur. Tərəflər ortaq şəkildə elmi əsər, monoqrafiya, dərslik və dərs vəsaitləri də yazacaqlar. Memorandum 5 il müddətinə imzalanıb.

Son xəbərlər

Orphus sistemi