AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib Bahadur Zeynalovun 100, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun isə 90 illik yubileyləri keçiriləcək
Elm və təhsil
7 Dekabr , 2016 17:32
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı 7 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə AMEA-nın İşlər İdarəsinin strukturunda qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

İclasda AMEA-nın İqtisadiyyat və Folklor institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında məsələyə də baxılıb. İnstitutların aid olduğu elmi bölmələrə seçkilərin müəyyən olunmuş qaydada həyata keçirilməsini təmin etmək tapşırılıb.

Gündəlikdə əksini tapan digər məsələlər akademik Bahadur Zeynalovun 100 illik, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun isə 90 illik yubileyləri haqqında olub. Azərbaycan elminin inkişafındakı xid­mət­lə­rini nəzərə alaraq, Rəyasət Heyəti alimlərin yubileyinə həsr olunmuş iclas və beynəlxalq elmi konfransların keçirilməsi barədə qərar verib.

Son xəbərlər

Orphus sistemi