Bakı. 17 aprel. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.
AMEA-dan "Report"a verilən məlumata görə, vakant yer İnstitutun Terminologiya şöbəsinin böyük elmi işçi vəzifəsinə 1 yerdir.
Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun şəkildə elan dərc edilən gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim olunmalıdır.