Akif Əlizadə: "AMEA-nın Aqrar bölməsinin Gəncə bölməsi ilə birləşdirilməsi mümkün olmadı"

Akif Əlizadə: "AMEA-nın Aqrar bölməsinin Gəncə bölməsi ilə birləşdirilməsi mümkün olmadı" Erroziya və Suvarma İnstitutunun Torpaqşünaslıq və Aqrokimya İnstitutuna birləşdirilməsi təklif edilir
Elm və təhsil
29 Aprel , 2016 16:06
Akif Əlizadə: AMEA-nın Aqrar bölməsinin Gəncə bölməsi ilə birləşdirilməsi mümkün olmadı

Bakı. 29 aprel. REPORT.AZ/ "Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aqrar bölməsinin Gəncə bölməsi ilə birləşdirilməsi barədə qərar qəbul edilsə də, bunu həyata keçirmək mümkün olmadı".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

O bildirib ki, həmin vaxt həm də Gəncədə AMEA-nın yeni bölməsi yaradılıb.

A.Əlizadə Aqrar bölmədə 3 insitutun olduğunu xatırladıb. O deyib ki, həmin bölmədə fəaliyyət göstərən Erroziya və Suvarma İnstitutunun Torpaqşünaslıq və Aqrokimya İnstitutuna birləşdirilməsi təklif edilir: ”Yeni institutun Torpaqşünaslıq və Aqrokimya İnstitutu adı altında fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib. Bundan başqa, İctimai elmlər bölməsində hüquq sahəsi ilə iki institut məşğul olur. Bunlar Fəlsəfə və Hüquq İnstitutu və İnsan Hüquqları İnstitutudur. Bu struktur da düzgün hesab olunmur. Ona görə Fəlsəfə və Hüquq İnstitutunun hüquqi hissəsi İnsan Hüquqları İnstitutuna verilib”. 

Son xəbərlər

Orphus sistemi