​AMEA “Gənclər üçün Prezident Mükafatı”na 4 namizədini irəli sürəcək

​AMEA “Gənclər üçün Prezident Mükafatı”na 4 namizədini irəli sürəcək Mükafat 10 min manat, diplom, nişan və vəsiqədən ibarətdir
Elm və təhsil
19 Noyabr , 2014 17:12
​AMEA “Gənclər üçün Prezident Mükafatı”na 4 namizədini irəli sürəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək. “Report” xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Namizədlər AMEA-nın İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri institutları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Gəncə Bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev xatırladıb ki, “Gənclər üçün Prezident Mükafatı” dövlət başçısı İlham Əliyevin 2 iyul 2013-cü il tarixli fərmanı ilə təsis olunub. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Namizədlər müvafiq ekspert komissiyasına təqdim olunan 14 nəfər arasından seçildikdən sonra Rəyasət Heyətinə təklif edilib. 

R.Əliquliyev akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabr ayının 1-dək Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi