AMEA Dilçilik İnstitutunun direktoru istefa ərizəsini geri götürüb

AMEA Dilçilik İnstitutunun direktoru istefa ərizəsini geri götürüb Akademik Tofiq Hacıyev: "Fikrimi dəyişmişəm"
Elm və təhsil
27 Avqust , 2015 13:27
AMEA Dilçilik İnstitutunun direktoru istefa ərizəsini geri götürüb

Bakı. 27 avqust. REPORT.AZ/ "Dilçilik İnstitutundakı vəzifəmdən çıxmaq haqqında ərizəmi geri götürmüşəm. Əslində, ərizə qeyri-qanuni idi, çünki onu məzuniyyətdə olan vaxt yazmışdım". Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.

Akademik bildirib ki, işdən çıxması ilə bağlı qərarı tələsik qəbul edib: "O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişdim. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".

T.Hacıyev deyib ki, işə qayıtmağı Dilçilik İnstitutunun kollektivi ondan xahiş edib: "Kollektiv də xahiş etdi, mən də məsələləri aydınlaşdırmaq üçün işə getmək istəyirəm. Ona görə də vəzifəmə qayıdacağam".

Akademik gələn aydan işə çıxacağını bildirib.

Son xəbərlər

Orphus sistemi