“Alimlər şəhərciyi” yaşayış kompleksində mənzillərin satışına başlanılıb

“Alimlər şəhərciyi” yaşayış kompleksində mənzillərin satışına başlanılıb Bakı. 16 mart. REPORT.AZ/ Abşeron rayonu, Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün nəzərdə tutulan Alimlər şəhərciyi yaşayış kompleksində mənzillərin satışına başlanılıb.
Elm və təhsil
16 Mart , 2018 16:25
“Alimlər şəhərciyi” yaşayış kompleksində mənzillərin satışına başlanılıb

Bakı. 16 mart. REPORT.AZ/ Abşeron rayonu, Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə təchiz olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi