Akif Əlizadə: "Yaxın bir-iki ay ərzində AMEA-da mənzil bölgüsü olacaq”

Akif Əlizadə: "Yaxın bir-iki ay ərzində AMEA-da mənzil bölgüsü olacaq” "Mənzilə çox böyük ehtiyacı olan alimlər, xüsusilə də gənc alimlər var və onlar yaşayış şəraitlərini yaxşılaşdıracaqlar"
Elm və təhsil
12 May , 2017 18:50
Akif Əlizadə: Yaxın bir-iki ay ərzində AMEA-da mənzil bölgüsü olacaq”
AMEA-nın prezidenti, akademik Akif Əlizadə / Report

Bakı. 12 may. REPORT.AZ/ “Gənc alimlərin sosial problemlərinin həlli istiqamətində bir neçə addım atılır. Üç il ərzində Yasamalda yerləşən AMEA-nın yataqxanasında tikinti şirkəti tərəfindən birbloklu 16 mərtəbəli mənzil tikilib. Yaxın bir-iki ay ərzində Elmlər Akademiyasında mənzillərin bölgüsü aparılacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, AMEA-da mənzilə çox böyük ehtiyacı olan alimlər, xüsusilə də gənc alimlər var və onlar yaşayış şəraitlərini yaxşılaşdıracaqlar: “Eyni zamanda, akademiyanın bir neçə yerdə özünün torpaq sahəsi var. İndi dövlət qurumları ilə bu istiqamətdə danışıqlar aparırıq ki, Bakı ətrafında olan sahələrdə özümüz şirkətlərin vasitəsilə, onların maliyyə dəstəyi ilə AMEA üçün ev tikintisi üçün işlər aparaq. Başqa sosial problemlərin həllinə yönəlmiş bəzi tədbirlərimiz də var. Yaşa dolmuş alimlərin yay istirahətini təşkil etmək üçün ölkə daxilində, Abşeronda şərait yaradılmasını düşünürük”. 

Son xəbərlər

Orphus sistemi