700 bal toplayan tələbə: “Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim”

700 bal toplayan tələbə: “Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim” Bakı. 4 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) 700 bal toplayan tələbəsi Jalə Məmmədova BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. Report həmin müsahibəni təqdim edir:
Elm və təhsil
4 Yanvar , 2018 14:17
700 bal toplayan tələbə: “Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim”
BANM

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) 700 bal toplayan tələbəsi Jalə Məmmədova BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir:

- Jalə, bu il qəbul imtahanlarında 700 bal toplayan daha bir fəxrimiz sənsən. Özünü qısa oxucularımıza tanıt.

- Mən Jalə Məmmədova, 10 iyul 2000-ci ildə Ağsu rayonunda anadan olmuşam. 2006-cı ildə Xirdalan şəhərində 5 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Oxuduğum illər ərzində bütün fənlər üzrə seçilmişəm, 2017-ci ildə eyni adlı məktəbi Fərqlənmə attestatı ilə bitirmişəm.

- Jalə, indiyədək əldə etdiyin uğurların arasında hansı sənə daha qürurverici olub ?

- Həyatimda fəxr etdiyim anlar təbii ki çox olub. Ümumiyyətlə, 2017-ci il mənim üçün həm çox həyəcanlı, həm də çox qürurverici bir il oldu. Düzü, may ayında keçirilən qəbul imtahanında 695 bal topladım.Amma həvəsdən düşmədim, 2-ci yay qəbul imtahanına daha əzmlə hazırlaşdım. Nəhayət ikinci imtahanda 700 bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görüldüm. Bax bu ən çox fəxr etdiyim uğurdur.

- Maraqlıdır necə oldu ki məhz Bakı Ali Neft Məktəbini seçdin?

- Təbii ki, mən də imtahandan sonra seçdiyim ixtisas üzrə harada daha yaxşı təhsil ala biləcəyimi araşdırdım.Öyrəndimki, ikili diplom, ingilis dilində təhsil, istehsalat təcrübə proqramları, məzun olduqdan sonra işə düzələ bilmək imkanları – bunların hamısının bir ünvanda ola biləcəyi yer yalnız BANM-dir. Ona görə də çox düşünmədim, seçimimi etdim. İndi artıq BANM ailəsinin bir üzvüyəm. Düşünürəm elə yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim.

- Jalə, nəticələrin göstərir ki sən öz məqsədinə nail ola bilirsən, ona görə de görək bir tələbə öz məqsədinə nail olmaq üçün nə etməlidir?

- Məncə, hər birimiz üçün məqsədə çatmaqda ən böyük dəstək ailəmizdən gəlir. Həmçinin yaxşı dostlarımız və bizi dəstəkləyən müəllimlərimiz də irəliyə doğru addımlamaqda kömək edirlər.Ona görə də düşünürəm tələbə öz məqsədinə nail olmaq üçün yaxınlarından daim məsləhət almalıdır.

- İnsanının irəliləməsi üçün mütləq motivasiya lazımdır, bəs Jaləni adətən kim və ya nə motivasiya edir?

- Məni ən çox motivasiya edən amil məqsədimə nail olduqdan sonra yaşadığım hisslərdir.Zəhmətinin bəhrəsini görmək, bununla da həm özünü, həm də yaxınlarını sevindirmək bir bilsəniz necə gözəl hissdir.

- Jalə əminəm ki sənin bu müsahibəni çoxlu sayda abituriyent oxuyacaq, bəs sən onlara nə məsləhət verərdin?

- Düzdür, indiyədək mənə çox abituriyent sual verib və mən demək olar ki hamıya eyni sözləri deyirəm. Mən belə hesab edirəm ki, hər bir abituriyent ali məktəbə sənəd verməzdən əvvəl öz maraqları ilə oxumaq istədiyi ali təhsil ocağının imkanlarını müqayisə etməlidir. Özünə uyğun yeri tapmaq uğura gedən yolda ilk addımdır. Bu gün mən çox rahatam ki, ilk addımımı BANM-lə atmışam.

Son xəbərlər

Orphus sistemi