Təhsil Nazirliyi: 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq

Təhsil Nazirliyi: 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.
Elm və təhsil
18 Yanvar , 2019 10:42
Təhsil Nazirliyi: 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq
0 : 00
0 : 00

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. 

Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: “Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”.

Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi