Sel Şərurun kəndində fəsadlar törədib

Sel Şərurun kəndində fəsadlar törədib Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndinə güclü yağış yağıb.
Ekologiya
12 İyul , 2020 01:04
Sel Şərurun kəndində fəsadlar törədib

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndinə güclü yağış yağıb.

“Report” xəbər verir ki, Havuş və Axura dağlarına yağan güclü yağış sellə nəticələnib.

Ətraf ərazilərdə yaşayanlar güclü sel olacağı barədə əvvəlcədən məlumatlı olduqları üçün Arpaçayın ətrafında olan arı yeşiklərini, mal-qaranı ərazidən uzaqlaşdırıblar. Sel nəticəsində kənddaxili yollar, körpülər dağılıb.

Təbii hadisə zamanı habelə çay kənarındakı həyətlərin bir hissəsini də su basıb. Sel çayın kənarında yerləşən həyətlərin birindən traktora qoşulmuş otbiçən texnikanı aparıb.

Son xəbərlər

Orphus sistemi